Erməni nazir Qahirədə Azərbaycan və Türkiyəni “terrorçu” dövlət adlandırdı – Misirin notası çatışmırbackend

Erməni nazir Qahirədə Azərbaycan və Türkiyəni “terrorçu” dövlət adlandırdı - Misirin notası çatışmır

Türkiyə və Azərbaycan Silahlı Qüvvələrini bir araya gətirir (Bu ittifaq Ermənistanı vəlvələyə salıb), aktiv hərbi hazırlıqlar aparır və onların “terror qruplarından” istifadə etdikləri barədə xəbərlər gəlir.

KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistan Xarici İşlər Naziri Zohrab Mnatsakanyan Misirdəki həmkarı Samex Şukri ilə Qahirədə keçirdiyi birgə brifinqdə söyləyib.

Nazirin sözlərinə görə, bu dəstələr Azərbaycana təslim ediləcək və ya bəlkə də artıq təslim edilib (Sputniki olmayan ölkə Azərbaycan ərazisini necə izləyir?).

O, qeyd edib ki, bütün bu hərəkətlər regional sabitliyi pozur və vəziyyəti sabitləşdirmək səylərinə xələl gətirir (Azərbaycan torpaqlarını işğal etdikləri haqda bir kəlmə belə danışmır).

Ermənistan da öz növbəsində təhlükəsizliyini qorumaqda və təcavüzə qarşı çıxmaqda qərarlıdır.

Nazir əlavə edib ki, bu təcavüzün böyüməsi geniş bölgələrdə – Şərqi Aralıq dənizindən Şimali Afrikaya və Yaxın Şərqə, eləcə də Cənubi Qafqaza qədər müşahidə olunur və bu təhdidlərin mənbəyi eynidir.

Mnatsakanyan Misir Xarici İşlər Naziri ilə regional və qlobal təhlükəsizlik məsələlərini geniş müzakirə etdiyini də bildirib:

“Bu gün bu təhlükəsizliyin birgə təmin edilməsinə hər zamankindən daha çox ehtiyac var”.

“Şərqi Aralıq dənizindəki hadisələri diqqətlə izləyirik və bundan əvvəl Yunanıstan və Kiprə müstəsna iqtisadi zonalarında fəaliyyət göstərmək üçün ayrılmaz hüquqları barədə həmrəylik bildirdik. Eyni şəkildə Misirə verdiyimiz dəstəyimizi də vurğulamaq istəyirik” deyib.

Nazir istər Şimali Afrikada, istərsə də Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək cəhdlərini pisləyib. O, transmilli təhdid və çağırışlara qarşı tədbirlər hazırlamağın vacibliyini bildirib (Ermənistan nə vaxtdan bölgənin lider dövləti olub ki, tədbirlər planı hazırlayır?!).

Haşiyə: Bir az öncə saytımızda “Mnatsakanyan Qahirədə Azərbaycan və Türkiyənin əleyhinə danışdı – Misirli nazirin həmin vaxt qulağı kar olub?” başlıqlı bir yazı dərc etmişdik. Həmin yazıda Mnatsakanyanın tribunada misirli həmkarının qulaqları (yəqin kar olub) eşidə-eşidə, gözləri (yəqin kor olub) görə-görə Azərbaycanın və Türkiyənin əleyhinə danışdığını yazmışdıq.

İndi isə o, daha irəli gedərək Azərbaycan və Türkiyənin (Silahlı Qüvvələrin bir araya gəlməsi onları qıcıqlandırır) birgə terror qrupları hazırladığını vurğulayır, Ermənistanın Kiprə və Yunanıstana dəstək olduğunu etiraf edir, Türkiyənin Aralıq dənizindəki neft və qaz kəşfiyyatını həzm edə bilmir.

Erməni nazir, bil və agah ol ki, nə Türkiyə, nə də Azərbaycan heç vaxt heç bir ölkənin ərazisində terror aktı keçirməyib. Bu stil yalnız “Böyük Ermənistan” xülyası ilə yaşayan erməni faşistlərinə və terroçularına məxsusdur. Yalnız ASALA-nın Türkiyə və ölkəmizdə həyata keçirdikləri terrorları, türk səfirlərinə edilən qətlləri yada salmağımız kifayətdir.

Bunu şəxsən öz adımdan deyirəm. Misirin bir islam dövlətini olduğuna görə çox utanıram. Yəqin ki, rəsmi Bakı və Ankara  erməni terrorçusu Mnatsakanyanın təhqir və təhdidlərinə görə Qahirəyə tutarlı cavab (NOTA nəzərdə tutulur) verəcək.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*