Erməni nazirin ABŞ səfəri – “Kreml ənənəvi siyasətinə sadiq qalacaq”backend

Erməni nazirin ABŞ səfəri - "Kreml ənənəvi siyasətinə sadiq qalacaq"

Xəbər verildiyi kimi, Ermənistanın müdafiə naziri Suren Papikyan ABŞ-yə səfər edib. Yerli mətbuatda səfərin detalları haqda məlumat qeyd olunmayıb.

KONKRET.az xəbər verir ki, mövzunu şərh edən politoloq Elxan Şahinoğlu fikrincə, Ermənistanın müdafiə nazirlərinin hər il Vaşinqtona çağrılmaları ənənə halını alıb:

“Papikyan 2022-ci ildə ABŞ-da səfərdə olanda amerikalı həmkarı Lloyd Ostinlə görüşə bilməyib. Papikyanı həmin il Ostinin müavini Kolim Kal qəbul edib. İki ölkə hərbi təhsil sahəsində əməkdaşlıq edirlər. İl ərzində Ermənistandan bir qrup hərbçi ABŞ-yə gedərək burada hərbi təhsillərini davam etdirirlər. Ermənistan ABŞ-dən hərbi texnika ala bilmir. Birincisi, bunun üçün Ermənistanın kifayət qədər maliyyəsi yoxdur. İkincisi, Pentaqon Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvlüyünü nəzərə alır. Baş nazir Nikol Paşinyan KTMT-ni sərt tənqid etsə də, bu təşkilata üzvlükdən imtinaya qərar verməyib. Surer Papikyanın ABŞ-yə budəfəki səfərinin əhəmiyyət azdır. Çünki Suren Papikyanın Pentaqonda görüşdüyü şəxslər ay yarımdam sonra vəzifələri ilə sağollaşacaqlar. Əgər Papkiyan Trampın andiçmə mərasimindən sonra Pentaqona dəvət edilib yeni rəhbərliklə görüşsəydi, bu İrəvan üçün daha əhəmiyyətli olardı. Hər halda Papikyan gələn il də Vaşinqtona səfər edəcəyinə ümidlidir. Kreml nazirin Vaşinqtondakı görüşlərini diqqətlə izləyir. İstisna deyil ki, o geri döndükdən sonra Rusiyanın rəsmi şəxslərindən biri İrəvana səfər etsin. Bununla Vaşinqtona qarşılıqlı mesaj göndərən Kreml də ənənəvi siyasətinə sadiq qalacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*