“Erməni ordusu şikəst vəziyyətə gətirilib, dizi üstə sürünür” – Elman Nəsirov backend

"Erməni ordusu şikəst vəziyyətə gətirilib, dizi üstə sürünür" - Elman Nəsirov 

Xəbər verdiyimiz kimi, oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini ağır artilleriya silahlarından atəşə tutması nəticəsində 13 nəfər həlak olub, 48 nəfər yaralanıb.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında deputat Elman Nəsirov bildirib ki, erməni silahlı qüvvələri bir həftə ərzində artıq ikinci dəfədir ki, Gəncə şəhərini və burada olan mülki obyekti, insanları SCUD ballistik raketi ilə atəşə tutub:

“Bu birbaşa hərbi cinayət və terror  aktıdır. Fikir verirsinizsə, bu terror aktları gecə saatlarına təsadüf edir. Bu da təbii ki, məqsədli və planlı şəkildə edirlər ki, itkilərin sayı daha çox olsun. Bunun da bir səbəbi var. O da şanlı və müzəffər Azərbaycan Ordusu erməni silahlı qüvvələrinin bel sütununu sındırıb. Artıq erməni ordusu şikəst vəziyyətə gətirilib, dizi üstə sürünür. Gücü ordumuza yetmədiyi üçün dinc insanları hədəf alır. Artıq Azərbaycan Ordusu düşməndən bu xain hərəkətin qisasını alıb. Dünən bütün cəbhə boyu erməni silahlı qüvvələrinə ağır zərbələr endirilib. Ermənilər xeyli canlı qüvvə və texnika baxımından itkilərlə üz-üzə qalıb. Düşünürəm ki, artıq bütün dünya oyanmalı, görməlidir ki, bu, birbaşa erməni siyasi və hərbi rəhbərliyinin törətdiyi cinayətdir. Bu cinayətə beynəlxalq aləm adekvat cavab verməlidir. Beynəlxalq təşkilatlar və böyük dövlətlər bu məsələ ilə bağlı öz mövqeyini bildirib, qınamalı, Ermənistana qarşı təzyiqlər və sanksiyalar tətbiq edilməlidir. Daha kifayətdir, ünvansız bəyanatlar verməsinlər. Belə addımlar işğalçıda arxayınçılıq sindromu formalaşdırır”.

Deputat vurğulayıb ki, erməni vandalları Bakıdan sonra Azərbaycanın ikinci şəhəri olan Gəncənin yaşayış massivlərini raket zərbəsinə tuş qoyur, orada körpə uşaq, cavan, qadın, qoca demədən öldürür:

“Amma buna görə heç bir cəza almır. Hesab edirəm ki, nə qədər ki, Ermənistanın hərbi rəhbərliyi bu hərbi avanturasına və vəhşiliyinə görə nə qədər məsuliyyət daşıyırsa, beynəlxalq təşkilatlar da susqunluqlarına görə bir o qədər günahkardırlar. Belə davranış qəbul edilməzdir. Azərbaycan Ordusu ermənilərin Gəncədə törətdiyi vəhşiliklərin və vandal hərəkətlərinin cavabını verib. Ermənilərin Gəncədə törətdiyi terror aktı və ordumuzun onlara vurduğu sarsıdıcı zərbə ilə bağlı cənab Prezidentin xalqa müraciəti oldu. Bu müraciətdə cənab Prezident qeyd etdi ki, artıq Füzuli rayonunun bir neçə kəndi və Füzuli şəhəri işğaldan azad edilib. Azərbaycan ordusu yeni starteji yüksəklikləri ələ keçirməyə, irəliləməyə, düşmənə sarsıdıcı zərbələr vurmağa davam edir. Bir daha qeyd edirəm ki, baş verən hadisə beynəlxalq terror əməlidir. Bu terrora ciddi reaksiya olmalıdır. Çox istəyirik ki, Azərbaycanda olan bütün diplomatik nümayəndəliklər və səfirlər Gəncəyə getsinlər. Dərhal öz ölkələrinə ermənilərin törətdiyi bu vandal hərəkətləri ilə bağlı ölkələrinə məlumatlar çatdırsınlar. Dünyanın bütün KİV-ləri Gəncəyə gəlib, canlı reportajlar hazırlamalıdır. Xüsusilə Türkiyə televiziyalarına təşəkkür edirəm. Çünki onlar erməni vandalizmini birbaşa canlı olaraq dünyaya çatdırırdılar”.

Nərgiz Mirzəyeva

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*