Erməni ov edərkən dostunu güllələdibackend

Erməni ov edərkən dostunu güllələdi

Ermənistanda bir ovçu dostunu yaralayıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı shamshyan.com nəşri yayıb.

Hadisənin 5 sentyabr tarixində Araqatsotn bölgəsində baş verdiyi qeyd olunur.

Saat 14: 50-də İrəvanda “Ermənistan” tibb mərkəzindən polisə üz travması almış bir vətəndaşın onlara çatdırılması barədə siqnal daxil olub.

Operativ polis qrupu xəstəxanaya gələrək yaralı şəxsin 39 yaşlı İrəvan sakini, “Dubay shop” MMC-nin direktoru Artur A. olduğunu aşkar edib.

Həkimlər ona kömək edərkən hüquq-mühafizə orqanlarının əməkdaşları onun Aragatsotn bölgəsində ov etdiyini və bir ovçunun – dostu, 43 yaşlı Aparan sakini Artur H-nin vurması nəticəsində yaralandığını müəyyənləşdiriblər.

Hadisə faktı üzrə hüquq-mühafizə orqanlarının əməkdaşları material toplayır. Artur H. polis bölməsinə dəvət olunub, izahat alınıb və ardından sərbəst buraxılıb.

Babək Göyüş           

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*