backend

Erməni qatil qadını doğradı - Dəhşətli qətl hadisəsi ölkədə səs-küy yaratdı

KONKRET.az publika.am-a istinadən xəbər verir ki, oktyabrın 22-də, gecə saat 01.05-də İrəvan Polis İdarəsinə Vardaşen küçəsindəki mənzillərin birində qətl hadisəsi törədildiyi barədə məlumat daxil olub.

Aparılan ilkin araşdırma nəticəsində həmin mənzildə boyun nahiyəsindən kəsilmiş, sinə və qarın nahiyəsi parçalanmış qadının cəsədi tapılıb.

Bu hadisə İrəvanda böyük ajiotaj yaradıb. Çünki son aylarda belə vəhşi cinayət haqqında heç bir məlumat verilmirdi. Cəmiyyətdə aqressiyanın artması ilə bağlı ciddi narahatlıqlar hiss olunmaqdadır. Erməni psixoloqlar bunu cəmiyyətdə laqeydliyin və yaranan mənəvi boşluğun nəticəsi kimi dəyərləndiriblər. Hazırda bütün diqqət qatilin tapılmasına yönəlib.

Ona görə də cinayət işi üçün vacib olan halları tapmaq üçün bir sıra məhkəmə ekspertizaları təyin edilib. İşin bütün hallarını öyrənmək üçün zəruri istintaq və prosessual tədbirlər sərtləşdirilib. Müvafiq polis şöbəsinə cinayəti törədən şəxsin (şəxslərin) şəxsiyyətini müəyyənləşdirmək və icraatı həyata keçirən orqana hesabat vermək üçün tədbirlər görmək tapşırılıb.

İlkin istintaq davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*