Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları Milli Demokratik Qütb (MDP) siyasi təşkilatının ofisində axtarış aparıb.
KONKRET.az xəbər verir ki, bu barədə Respublika İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Bİldirilib ki, axtarış zamanı iki qumbara aşkar olunub.
Açıqlamada qeyd edildiyi kimi, üzvləri martın 24-də İrəvanda polis bölməsinə soxulan təşkilatın ofisində bir çox sənədlər və istintaqı maraqlandıran əşyalar da üzə çıxıb.
Xatırladaq ki, martın 24-də İrəvanda üç silahlı şəxs polis idarəsinə soxulub. Onlardan ikisi partlatdıqları qumbara nəticəsində yaralanıb.
Burhan,
KONKRET.az