Erməni təyyarələri AB hava məkanına buraxılmır – Səbəbbackend

Erməni təyyarələri AB hava məkanına buraxılmır - Səbəb 

Ermənistanda qeydiyyatdan keçmiş təyyarələrin AB hava məkanında uçuşlarına qoyulan qadağa siyasi deyil, texniki səbəblərə görədir.

KONKRET.az xəbər verir ki, bunu Avropa Birliyinin genişlənmə üzrə komissarı Marta Kos deyib.

“Bu məsələ Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin məsuliyyətindədir. Və onların qiymətləndirməsinə əsasən, Ermənistanın atmalı olduğu müəyyən addımlar var. Ermənistan Mülki Aviasiya Komitəsi ilə əlaqə saxlayırıq və atılması lazım olan addımlar tamamlanana qədər hələlik heç bir qərar verilməyib. Beləliklə, bir daha deyirəm: bu, texniki bir prosesdir, ölkənin siyasi münasibətləri ilə heç bir əlaqəsi yoxdur”, – o bildirib.

Qeyd edək ki, 2020-ci ilin iyunundan Avropa Komissiyası Ermənistan aviaşirkətlərinə məxsus təyyarələrin Avropa Birliyinə üzv olan ölkələrin ərazisi üzərindən bütün uçuşlarını qadağan edib. Qadağa şirkətlərin beynəlxalq təhlüksizlik üzrə standartlara uyğun fəaliyyət göstərmədikləri üçün tətbiq olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*