“Ermənistan və erməni diasporunun birgə gündəliyinə dörd prioritet məqsəd daxil edilməlidir ki, Ermənistan bir dövlət olaraq öz mahiyyətini, erməni xalqı isə öz kimliyini itirməsin”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın keçmiş iqtisadiyyat naziri Karen Çşmarityan özünün “Facebook” səhifəsində yazıb. Keçmiş nazir bildirib ki, erməni soyqırımının beynəlxalq səviyyədə tanınması və təzminat ödənilməsinə nail olunmalıdır.
Ermənistanın müharibə cinayətlərini Azərbaycanın üzərinə yıxmağa çalışan Çşmarityan həyasızcasına Qarabağın Azərbaycan tərəfindən işğal olunmasını bildirir. 35 il ərzində regiona yalnız bəla gətirən erməni toplumu törətdikləri cinayətləri Azərbaycanın adıyla bağlamağa çalışsa da bu sadəcə mümkün deyil.
Vəli Həsənov,
KONKRET.az