Erməni yeniyetmə çayda boğuldu  – Dalğıc cəsədini axtarırbackend

Erməni yeniyetmə çayda boğuldu  - Dalğıc cəsədini axtarır

911 xidməti 14 yaşlı bir yeniyetmənin Ermənistanın Kotayk vilayətindəki Razdan çayına düşdüyü siqnalını alıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti yayıb.

Mənbə bildirir ki, mesaj bu gün saat 15:16-da Böhran Vəziyyətlərində İdarəetmə üzrə Milli Mərkəzə daxil olub.

Qeyd olunur ki, hadisə yerinə xilasedicilər cəlb olunub.

shamshyan.com cinayət xəbər saytı da yeniyetmənin boğulduğu barədə informasiya dərc edib.

Hazırda dalğıc cəsədi axtarır. Polis batan oğlanın Mqer E. olduğunu müəyyənləşdirib.

Babək Göyüş                                                                

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*