Qarabağdakı separatçı rejim işğal dövründə Şuşa Xalça Muzeyindən 160 xalça oğurlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə hazırladığı bəyanatda qeyd olunub.
Oğurlanmış xalçalardan 71-i bu ilin fevral ayının 15-də İrəvandakı Aleksandr Tamanyan adına Milli Memarlıq Muzey-İnstitutunda nümayiş etdirilib.
Qeyd edək ki, oğurlanmış ən qədim xalçanın 350 yaşı var.