Ermənilər ayağa qalxdı: “Paşinyan, pul qazanmaq üçün bizi Rusiyaya burax!”backend

Ermənilər ayağa qalxdı: “Paşinyan, pul qazanmaq üçün bizi Rusiyaya burax!”

Keçən ay Baş nazir Nikol Paşinyan bizə ölkədə fövqəladə vəziyyət rejiminin son dəfə uzadılacağını vəd edib.

KONKRET.az xəbər verir ki, bu sözləri hökumət qarşısında bir etirazçı bildirib.

Etiraz aksiyası fövqəladə vəziyyət rejiminin uzadılmasına qarşı keçirilib.

Onların tələbi Rusiyada daimi yaşayan və ya işləməyə gedən Ermənistan vətəndaşlarının getmələrinə icazənin verilməsidir.

Etirazçılar Nikol Paşinyan və ya komendant Tiqran Avinyanla görüş tələb edirlər.

“Biz hökumətdən pul istəmirik. Yalnız pul qazanmaq üçün getməyə imkan verməyi xahiş edirik. Ermənistan yaşamaq üçün bizə normal bir həyat vermir”. Etirazçılardan biri belə deyib.

“Buradan bir ev almağa belə ümid etmirəm. Rusiya hakimiyyəti isə bizə bu imkanı verir”. Başqa bir etirazçı bildirib.

Babək Göyüş                                                                

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*