Ermənilər Azərbaycan sərvətini Cennifer Lopezə hədiyyə etdilər – FOTObackend

Ermənilər Azərbaycan sərvətini Cennifer Lopezə hədiyyə etdilər – FOTO

Dünyaca məşhur amerikalı müğənni Cennifer Lopezin Ermənistana səfəri və burada baş tutan konsertindən sonra bəzi detallar ortaya çıxıb. 

KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, ermənilər ölkələrinin “qədimliyini” göstərmək və “tarixini” tanıtmaq üçün Lopezin qaldığı otel otağına üç hədiyyə qoyublar.

Məlumata görə, ona bir erməni xalçası, üzərində Sünik (Zəngəzur-red.) badamı simvolları olan və vaxtilə Vanda yaşamış erməni zərgərlərin hazırladığı boyunbağı və sırğalar, həmçinin 19-cu əsrə aid olduğu deyilən küp hədiyyə ediblər.

Lopezin otağına qoyulan hədiyyələri çox bəyəndiyi və Ermənistanı tərk edərkən hər üçünü özü ilə aparıdığı məlum olub.

Qeyd edək ki, Van Türkiyənin qədim bölgələrindəndir. 1915-ci il hadisələrindən öncə burada türklərlə yanaşı ermənilər də məskunlaşıb. Lopez Ermənistandan bir neçə gün sonra avqustun 5-də İstanbulda konsert vermək üçün Türkiyəyə səfər edib.

528087207 1070069001995810 4240699074312330336 n

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*