“Ermənilər bunun acı nəticələrini bilməlidir” – Qaluzin XƏBƏRDARLIQ ETDİbackend

"Ermənilər bunun acı nəticələrini bilməlidir" - Qaluzin XƏBƏRDARLIQ ETDİ

“Rusiya ümid edir ki, Ermənistan cəmiyyətinə Aİİ üzvlüyünün bütün faydaları və İttifaqdan ayrılmanın acı nəticələri izah ediləcək”. 

KONKRET.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

“Harada qalmağın daha faydalı olduğuna İrəvan qərar verir. Ümid edirik ki, Aİİ üzvlüyünün bütün faydaları və təşkilatdan çıxmağın acı nəticələri barədə Ermənistan cəmiyyətinə dolğun izah veriləcək. Ermənistan cəmiyyətində reallıq haqqında obyektiv təsəvvür yaranmalıdır. Çünki eyni anda iki təşkilatda olmaq mümkün deyil. Aİİ bərabərhüquqlu dövlətlərin birliyidir, Aİ isə Brüssel bürokratları tərəfindən qurulan və anti-Rusiya rəvayətlərinə tabe olan bir strukturdur”, – Qaluzin vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*