“Ermənistan hakimiyyəti Qarabağ məsələsinə hələ dəfələrlə toxunacaq”.
KONKRET.az xəbər verir ki, bunu dekabrın 20-də parlamentdə jurnalistlərlə söhbətində hakim “Mülki müqavilə” partiyasından olan deputat, parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədr müavini Armen Xaçatryan deyib:
“Qarabağ məsələsi hökumətin bütün iclaslarında müzakirə olunur. Məsələnin bağlandığını deyirsən, sonra da bildirirsən ki, baş nazir bunu niyə müzakirə edir? Beləliklə, baş naziri bu məsələni müzakirə etməkdə günahlandırırlar”.
Deputat Qarabağ məsələsinin gündəmə gətirilməməsi ilə bağlı iradlara cavab olaraq vurğulayıb ki, Qarabağ ermənilərinin problemləri mövcuddur: “Həm Ermənistanda, həm də beynəlxalq aləmdə onların hüquqlarının müdafiəsi üçün tədbirlər görüləcək. Həm humanitar hüquqlar, həm mülkiyyət hüquqları, həm də qarabağlıların digər hüquqlarını müdafiə edəcəyik”.
Deputat əlavə edib ki, Paşinyan cinayəti törədənləri axtarmır, baş vermiş faktlarla bağlı məlumatları təqdim edir.
Vəli Həsənov,
KONKRET.az