“Ermənilər Qarabağa qayıtmalıdır, sülh bundan sonra mümkündür” – Vardan Oskanyanbackend

“Ermənilər Qarabağa qayıtmalıdır, sülh bundan sonra mümkündür” – Vardan Oskanyan

“Ermənilərin Qarabağa qaytarılması üçün real imkanlar var”.

KONKRET.az xəbər verir ki, bunu “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində Ermənistan Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Vardan Oskanyan deyib.

Sabiq xarici işlər naziri əlavə edib ki, bu məsələnin gündəmə gətirilməsi çox vacibdir:

“Mövzuya baxışı fərqli olsa belə, rəsmi Bakı da ermənilərin Qarabağa qaytarılmasından danışır. Ermənilərin geri qayıtmaq hüququ var. Amma bunu təmin etmək üçün ermənilərin təhlükəsizliyi təmin edilməlidir. Əgər Ermənistan hakimiyyəti bu işi öz üzərinə götürsə, o zaman ideyanın reallaşma ehtimalı 60-70% səviyyəsində olacaq. Bu dəstək olmasa, həmin ehtimal 50%-dən aşağı qiymətləndirilir”, – deyə sabiq nazir qeyd edib.

O, ümid etdiyini bildirib ki, Ermənistan hakimiyyəti də nə vaxtsa bu məsələnin vacibliyini dərk edəcək. Onun fikrincə, Ermənistanla Azərbaycan arasında etibarlı sülhə məhz ermənilər Qarabağa qayıtdıqdan sonra nail olmaq mümkündür.

“Ermənistan hakimiyyətinin səhvləri nəticəsində Qarabağ itirildi. Onlar ermənilərin Qarabağa qayıtması tələbini təbliğ etməyə borcludurlar. Əgər Ermənistan hakimiyyəti sovet dövründə olduğu kimi, Dağlıq Qarabağın muxtariyyət statusu mövzusunu qaldırsaydı, bu gün vəziyyət başqa cür olardı”, – Oskanyan bildirib.

Keçmiş nazir daha sonra deyib:

“Tam suverenliyə nail olmaq şüarları altında biz onu tamamilə itiririk. Bu gün Ermənistanın xarici siyasətini Azərbaycan diqtə edir. Doğrudur, tam suverenlik anlayışı dünyanın heç bir yerində yoxdur, hətta ABŞ-də belə yoxdur. İrəvan bunu dərk etmir və bu, Ermənistan üçün risklər daşıyır. Madrid prinsiplərindən yararlana bilmədik. Bunun üçün Paşinyanın yaxşı imkanları var idi”

Natiq Səlim,

KONKRET.az

  • Elmar
    Fevral 24, 2024 - 17:16

    Bəs niyə hec,zaman Azərbaycanlıların zəngəzura köcməsi məsələsindən danışmırıq həmişə ermənilərin dediyini həll edir xarici ölkələrdə bizim hakimiyyətdə ,ancaq biz güzəşt getməliyik

    • Sima
      Fevral 24, 2024 - 18:05

      Qərbi Azərbaycanlıların oz dədə-baba yurduna qaytarılması, onların təhlükəsizliyinə təminat birinci bənd olmalıdır. Sonra ermənilərin Qarabağa qaytarılmasından söhbət bəlkə gedə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*