Ermənilər Qazaxda yaşayış evləri və avtomobilləri atəşə tutdubackend

Ermənilər Qazaxda yaşayış evləri və avtomobilləri atəşə tutdu

Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düş­mən tərə­finin təx­ribatları davam edir.

KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Martın 14-də 13:30-dan 14:00-dək Qazax ra­yo­nunun Abbasbəyli kəndində yaşayış evləri və avtomobil yolu ilə hə­rə­kət edən mülki nəqliyyat vasitə­ləri Ermənistanın İcevan rayonunun Berkaber, Lalaqux və Sevkar kəndləri yaxın­lığında yerləşən Er­mə­nistan Silahlı Qüvvə­lərinin bölmələri tə­rə­fin­dən iri çaplı si­lah­­lardan intensiv atəşə tutulub.

Düşmən təxribatının qarşısı alınıb, yaşayış məntəqəmizə və mülki nəqliyyat vasitələrinə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüv­vələrinin döyüş möv­­qeləri cavab atəşi ilə susdurulub.

Hazırda əməliyyat şəraiti sərhəd döyüş məntəqələrimizin nəzarəti altındadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*