“Ermənilər qonşularına həsəd aparır, Nikol isə sadəcə demaqoqdur” – ERMƏNİ MEDİASIbackend

“Ermənilər qonşularına həsəd aparır, Nikol isə sadəcə demaqoqdur” – ERMƏNİ MEDİASI

Ermənistanda zəif idarəetmə, daha doğrusu, səmərəsiz idarəetmə mövcuddur; bütün bunlar xüsusilə epidemiya kontekstində aydın görünür. Ermənilər gürcülərə və digər qonşulara dəfələrlə həsəd aparacaqlar. Onlar Nikol Paşinyanın ayağının baş nazirin kabinetinə girdiyi anı lənətləyirlər.

KONKRET.az xəbər verir ki, bu, Nikol Paşinyan və onun komandasının savadsız idarəçiliyindən bəhs edən erməni Politik.am nəşrinin məqaləsinin başlanğıcıdır.

“Ermənistanda insanlar Sarkisyanın yanında keçmiş hökumətə nifrət etdilər, bu nifrət təcavüzə çevrildi və xalq yeni bir “layiqli bir hökmdar” tapdıqlarını düşünürdü. Ancaq zaman göstərdi ki, ermənilər səhv etdilər. Paşinyan adi bir populist və demaqoqdur, öz siyasi ambisiyaları naminə hər şey haqqında ayrıca spekulyasiya edir. Onun yaratdığı və həyata keçirdiyi miflər şarlar kimi parçalanır – bir-birinin ardınca” deyə nəşr yazır.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*