Ermənilərdən kritik AÇIQLAMA: “Türk qoşunları hara daxil oldusa, orada qalib gəlməyi bacardı”backend

Ermənilərdən kritik AÇIQLAMA: “Türk qoşunları hara daxil oldusa, orada qalib gəlməyi bacardı”

“Ərdoğan Türkiyənin yeni Atatürkü olmaq istəyir”.

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri erməni hərbi ekspert Karen Ovanisyan səsləndirib. O bildirib ki, Atatürk Türkiyə üçün ən, ən, ən çoxdur, amma  Ərdoğan bərabərlik prinsipi ilə portretini eyni qara-ağ çərçivədə, Avropa məmurlarının qəbul olunduğu otağın divarında asdırmağı bacarıb: “Türklər bu cür jestlərə böyük əhəmiyyət verirlər. Türkiyədə Ərdoğan türk gücünün simvolu kimi qəbul edilir. Çünki Türk qoşunları hara daxil oldusa, orada qalib gəlməyi bacardı”.

Mustafa Kamal Atatürk Türk ordusunun zabiti, inqilabçı, Türk Cümhuriyyətinin qurucusu və 1923-1938-ci illərdə respublikanın ilk prezidenti olub. Onun siyasəti və ideologiyası Kamalizm adlanır.

Müşviq Tofiqoğlu  

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*