Ermənilərdən daha bir TƏXRİBATÇI ADDIMbackend

Ermənilərdən daha bir TƏXRİBATÇI ADDIM

Bu günlərdə “Aniv” Erməni Araşdırmalarının İnkişafı və Dəstəyi Fondunun yeni veb saytı (www.aniv.fund) istifadəyə verilib. Saytda “erməni tədqiqatları” ilə bağlı xəbərlər, Qarabağla bağlı saxta materiallar, fond tərəfindən nəşr olunan keçidlər yer alıb. Sayt üç dildə – erməni, ingilis və rus dilində fəaliyyət göstərəcək.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Məlumatda deyilir ki, “saytın oxucuları Samvel Karapetyanın “Şimali Artsax” kitabının elektron versiyasına pulsuz giriş imkanı qazanacaqlar. Yeni məlumatlarla zəngin olan kitabda tarixi Ermənistanın (indiki Azərbaycan Respublikasının bir hissəsi-red) şimal-şərq hissəsində yerləşən eyniadlı bölgə ətraflı şəkildə təsvir edilib. Ermənilərin yaşadığı Şimali Artsax minilliklər boyu yaradılan erməni maddi mədəniyyət abidələri ilə zəngindir”.

Haşiyə: Deyəsən, ermənilərin ağlı tam başına gəlməyib. Bu xalq qədim Azərbaycan torpaqlarında yaratdığı dövləti (dövlət demək mümkünsə) belə getsə, itirməli olacaq. Qonşu dövlətlərə ərazi iddiaları, boş və əsassız tarix ədəbiyyatları, mif və əfsanələri Ermənistanı növbəti yüzillikdə məhv edə bilər.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*