Ermənilərə cavab dərhal verilməlidir, yoxsa çox qudururlar – Tonoyanın açıqlamasına SÖZARDIbackend

Ermənilərə cavab dərhal verilməlidir, yoxsa çox qudururlar – Tonoyanın açıqlamasına SÖZARDI

Cümə axşamı Ermənistan Müdafiə naziri David Tonoyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) respublikadakı nümayəndə heyətinin rəhbəri Claire Meytro ilə görüşündə Azərbaycan ərazisində əsir olan hərbçi Gurgen Alaverdyan problemini müzakirə edib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” nəşri “Bakı beynəlxalq hüququ kobud şəkildə pozur” başlığı ilə yayıb.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, görüşdə Tonoyan BQXK-nın Ermənistandakı nümayəndə heyətinin rəhbərinin diqqətini Alaverdyan haqqında Azərbaycan mətbuatında yayılan video materiallara yönəldib. Nazir bu videoların məzmununa görə narahatlığını bildirib.

Haşiyə: Əlbəttə yetişdirdiyiniz zabitin Ermənistandan qaçaraq Azərbaycana pənah gətirməsi və bu ölkədə yaşamaq istəyi elə Paşinyanı da çızdağından çıxardar.

Nazir qeyd edib ki, BQXK-nın Bakı ofisi nümayəndələrinin Alaverdyanın ziyarətinə maneə törətmək üçün Azərbaycan hakimiyyət orqanlarının cəhdləri beynəlxalq humanitar hüquq çərçivəsində Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulmasıdır.

Haşiyə: Qonşu dövlətin ərazisini işğal etmək kobud pozuntu deyilmi? Xocalıda azyaşlı uşaqların, ahıl insanların dərisini soymaq, meyitləri üzərində min oyundan çıxmaq kobud pozuntu deyilmi? Minlərlə əsir düşən azərbaycanlılara verilən işgəncələr kobud pozuntu deyilmi?

Meytro öz növbəsində, naziri BQXK nümayəndə heyətinin Alaverdyan və Azərbaycan ərazisindəki digər Ermənistan vətəndaşlarının statusundan irəli gələn prosedurları təmin etmək üçün bütün lazımi addımları atacağını əmin edib.

Haşiyə: Ermənilərə yaltaqlananların və onlara nəyisə əmin edənlərin hamısını rəsmi Bakı yaxşı tanıyır.  

Ermənistan Müdafiə Nazirliyi 22 avqustda yerli vaxtla saat 19: 30-da zabit Gurgen Alaverdyanın döyüş nöqtəsinə (Döyüş nöqtəsi deyilən bu yer Azərbaycan torpağıdır və Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib) getdiyini, lakin əlverişsiz hava şəraiti səbəbindən itdiyini və axtarışına başladığını bildirmişdi. Azərbaycan Müdafiə Nazirliyi isə onun əsir düşdüyünü deyib.

Haşiyə: Bu ermənilərin istənilən açıqlamasına sərt cavab həmin an verilməlidir, yoxsa çox qudururlar. Bu baxımdan KONKRET.az saytı hər an erməni mediasını izləyir, onların Azərbaycana qarşı iftiralarına münasibət bildirir və haqq işimizi dünya mətbuatına yayır.

Babək Göyüş           

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*