backend

Ermənilərə Emmanuel Makronun belə ağlına gəlməyəcək bir TƏKLİF

Surxay Atakişiyev

Atalarımız deyib ki, “Ayının min oyunu var. O da bir armudun başındadır”. Bizim cəmiyyətdə də hər növ oyunlar çıxarılır, hamısı da korporativ maraqlar xatirinə. Sizi inandırım ki, bizdəki bəzi vizual görüntülər heç Avropada yoxdur. İlk  baxışdan da elə fon yaradılır ki, bu görüntülər real faktlara əsaslanır və xalqın rifahına, ölkənin iqtisadiyyatına xidmət edir. Məsələn, ölkəmizdə bütün xidmətlər eloktronlaşdırılıb. Pensiyaların, sosial yardımların, bank kreditlərinin, subsidiyaların verilməsindən tutmuş uşaqların məktəbə və bağçalara qəbuluna qədər. Hətta doğulacaq uşaq üçün də elektron qaydalar müəyyən edilib. Hələ “DOST”, “YARAT”, YAŞAT” və digər layihələri demirəm. Adını da qoymuşuq: “Hər şey Vətən üçün, hər şey vətəndaş məmnunluğu üçün”.

Məmurlarımızın birinin sizin bir qara qəpiyində gözü yoxdur. Bir də ki, sizin qəpiklərinizlə nə vaxta “kişi” olmaq olar ey. Allah verib büdcə gəlirlərinə. Bir imza ilə bir milyon gedir qara seyfə. Ona görə də bizin məmurlarımızın hamısının vahid məqsədi ancaq xalqa təmənnasız xidmət etməkdir. Başqa pis şeyləri heç ağlınıza gətirməyin. Nə olub, şükür Allaha, nazirlərimiz 2000, icra başçılarımız 1500 manatla keçinib gedirlər. Bir adamın qara qəpiyində də gözləri yoxdur. Onların ülvi arzuları yalnız savab qazanmaqdır. Gözəldir deyilmi?!.. Vətəndaşa da qalır yaradılmış bu münbit şəraitdən bəhrələnərək özü üçün “şellənmək”.

Vətəndaş heç bir yerə getmədən evindən, lap elə istirahətdə olduğu Maldiv adalarında oturaraq telefonu və yaxud kompüteri vasitəsi ilə bütün qayğılarını həll edir. Yəni uşağını bağçaya və yaxud məktəbə asanlıqla yerləşdirə bilir. Təqaüdünü kəsdirir. Hətta evinə qaz, işıq və su çəkilişlərini apara bilir. Ona görə də bunu görən əcnəbilər ağızları sulana-sulana Azərbaycanda yaşamaq istəyir. Bircə bu erməni kopək uşağından başqa. Onlar bəlkə də xayınlıq edirlər. Bizim bu boydana uğurlarımızı gözləri götürmür. Yada ki, smartfonları, kompüterləri yoxdur.  Boyunlarına da almağa utanırlar. Amma bilmirlər ki, bizdə bunun da çarəsi var. Deputatlarımızın və məmurlarımızın mağazalar şəbəkəsində faizsiz kreditlə hər şey verirlər.

Məsələn, “KONTAKT”-a gedirsən istədiyin telefonu və kompüteri faizsiz kreditlər, su qiymətinə alırsan. Üstəlik güzəşt bonusu qazanırsan. Sonra da ay erməni, oturursan damxanda bizim məmurlarla elektron qaydada yazışırsan. Evinə su çəkdirirsən, uşaqlarını istədiyin məktəbə qoyursan, əgər işsizsənsə, bir dənə mesaj yazırsan Əmək və Əhalini Sosial Müdafiəsi naziri Sahil Babayevə. O da sənə “kommunxozda” qəşəng bir vəzifə verir. Ayda 250 manatını alıb özün üçün şellənirsən. Yoxsa gedib düşmüsünüz rusların dalınca ki, “qurtlamış yardım paketindən bizə də ver”.

Hələ onu demirəm ki, bağın-bostanın varsa, mesaj yazırsan Kənd Təsərrüfatı naziri İnam Kərimova ki, “mənə subsidiya ver”. O da baxır sənin “zayavka”na. Əgər limon bağ salmaq istəyirsənsə, hər hektarına 11 min manat, portağal, naringi bağı üçün 9 min manat, nar bağı üçün 5 min manat, zeytun bağları üçün 4900 manat, fındıq bağı üçünsə  4400 manat subsidiya alırsan. Bunların heç biri yoxundursa, bir “spravka” təşkil elətdirirsən ki, 10 hektar dəmyə taxılım var. Bu hesaba da 2000 min manat qabağa düşürsən. Amma bir məsələni bəri başdan deyirəm. Birdən çaşıb kiməsə rüşvət vermək istəyərsən, Vallah səni tutarlar. Bizdə rüşvət yoxdur. İnam Kərimov da, Sahil Babayev də sənin üçün ayrıca kart açdıracaq. Pulu da gedib bankomatdan çəkəcəksən. Necədir? Razısan? Bax, haa. Yoxsa Arayikə arxayın olsan, acından köpüb gedəcəksən. Kərbalayı İsmayıl demiş: “At silahını, keç biz tərəfə, deynən bir qələtdi eləmişdim”.

Yaşa da yaşaya bildiyin qədər. Hə, bir şey yadımdan çıxmışdı. Evdə arvaddan, qızdan nəyin varsa, onlar üçün də bizim məmurlar bir “gün ağlayar”. Amma bu məsələ elektron qaydada həll olunmur. Gərəkdir ki, o haxçıqlar özləri gələ. Üzbəsurət ünsiyyət olmalıdır. Yoxsa bizim məmurlarımız hardan biləcək ki, sənin haxçıqların hansı keyfiyyətlərə malikdir. Ürəyinə də başqa şey gətirmə. Bizdə dövlət qulluğuna qəbul qaydası belədir. Birinci mərhələdə Məleykə xanım Abbaszadəyə imtahan verirsən. Sonrakı iki mərhələdə isə müsahibələr olur. Yekunda 1000 adamdan biri işə qəbul olunur. Amma köhnə kirvəliyə görə, sənin üçün ay erməni, bu üç mərhələli imtahanın ikisini ləğv edirik. Təkcə qalır sonuncu mərhələ. Ondan da keçməkdə sizin qadınlar çox bacarıqlıdır. Zamanında belə şeylərin çox şahidi olmuşuq. Yenə deyirəm, sonra demədi-demə.

Bunların heç birini sənə heç Emanuel Makron təklif etməyəcək. Ona görə də bir sözünüz var ey: “Türkün sonrakı ağlı kaş ki, məndə olaydı”. Bunu deməmək üçün hərəkət vaxtıdır.

KONKRET

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*