Bəzi erməni liderlərinin revanş haqda çığır-bağırları əhalini mövcud problemlərdən yayındırmaq cəhdindən başqa bir şey deyil.
KONKRET.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert Yevgeni Mixaylov deyib.
Onun sözlərinə görə, ermənilər intiqam almaq üçün çığır-bağır salır, lakin onlarda heç nə alınmır:
“Çökmüş iqtisadiyyat və tam bir siyasi kollaps fonunda xalqa yeni müharibə haqqında danışmaq tam axmaqlıqdır. Xalqa çörək lazımdır, o isə yoxdur. Fikrimcə, rəsmi İrəvan yekunda dövlətçiliyini qoruyub saxlasa, qisas üçün güc toplamağa onillər gedəcək. Üstəlik, Azərbaycan bunu gözləməyəcək. Onun gücü qat-qat böyükdür və yalnız güclənəcək. Beləliklə, revanş fantastikadır və sülh içində yaşamaq daha yaxşıdır”.