backend

Ermənilərin birinci xanımı İsveçrədə diləndi - FOTO

Baş nazirin həyat yoldaşı və Təbəssüm Şəhəri Xeyriyyə Fondunun Himayəçilər Şurasının sədri Anna Akopyan keçən şənbə Cenevrədə İsveçrə Qırmızı Xaç cəmiyyətinin təşkil etdiyi və bu il “Qocalarımızın həyatını işıqlandırın” şüarı altında Ermənistana həsr olunmuş ənənəvi xeyriyyə gecəsində iştirak edib.

Tədbirə Bütün Ermənilərin Katolikosu II Qareqin də təşrif buyurub.

Bu ilin əvvəlidə İsveçrə Qırmızı Xaç cəmiyyətinin nümayəndələri nəzərdə tutulan xeyriyyəçilik missiyasını yerinə yetirmək, yerdəki vəziyyətlə yaxından tanış olmaq, fikir mübadiləsi aparmaq və erməni həmkarları ilə işi əlaqələndirmək üçün Ermənistana səfər etmişdilər. Tədbirin əsas məqsədi toplanmış vəsaiti Ermənistandakı yaşlı və əlil insanların ehtiyaclarının ödənilməsinə həsr etməkdir.

Tədbirdə hökumət və siyasi xadimlər, diplomatlar, bir çox tanınmış İsveçrə və xarici iş adamları, sənət adamları və İsveçrədəki erməni icmasının nümayəndələri iştirak ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*