Ermənilərin ərazi iştahası böyüdü: İndi də Qarsı, Ərdahanı və Ağrını almaq istəyirlərbackend

Ermənilərin ərazi iştahası böyüdü: İndi də Qarsı, Ərdahanı və Ağrını almaq istəyirlər

16 mart 1921-ci ildə Moskvada erməni dövlətçiliyinin ləğvi və erməni torpaqlarının bölünməsi ilə bağlı gizli protokollarla Rusiya-Türkiyə sazişi imzalanıb. 1921-23-cü illərdə rus-türk qüvvələri Şərqi Ermənistanda 300 min ermənini öldürüb, 500 minini isə Rusiyaya deportasiya edib. Bu müqaviləyə əsasən Qars, Ərdahan və Surmalu Ağrı dağı ilə birgə Türkiyəyə, Batumi Gürcüstana, Naxçıvan isə Azərbaycana verilib.

KONKRET.az xəbər verir ki, içi yalanlarla dolu olan bu informasiya erməni mediasında yer alıb.

Bunları verməkdə məqsədimiz onların 100 illər keçməsinə baxmayaraq, istər Türkiyədən, istərsə də Azərbaycandan ərazi iddialarından əl çəkməməklərinə yenidən diqqət ayırmaqdır.

Azərbaycana qarşı informasiya müharibəsi aparan həmin erməni saytı daha sonra bunları yazır:

“1921-ci ildə imzalanan Moskva və Qars müqavilələri BMT-nin beynəlxalq müqavilələri reyestrinə daxil edilməyib.

Erməni “Siyasi Liqası” həmin müqavilələri ləğv etmək üçün etiraz aksiyalarına başlamağı təklif edən bir bəyanat yayıb. Onlara daha 4 erməni partiyası da qoşulub. Ancaq ümumiyyətlə, Ermənistanda və Rusiyada bu mövzu tabu kimi görünür və bəzir media, ictimai-siyasi qruplar istisna olmaqla, heç kim bu barədə danışmır. Baxmayaraq ki, Qarabağ problemi və Ermənistanın iqtisadiyyatı, maddi-texniki təchizatı və təhlükəsizliyinin mövcud zəifliyi bu razılaşmaların birbaşa nəticələridir.

Bəzi rus və erməni tarixçilərinin iddia etdiyi kimi erməni torpaqlarını Türkiyəyə bağışlamağa Rusiyanı heç kim məcbur etməyib. Bunu rus və erməni tarixçiləri də sübut edirlər. Ruslar indi Suriyadakı və digər beynəlxalq qarşıdurmalardakı siyasətlərinin bəhrələrini tam yığırlar, eyni zamanda Türkiyədən Rusiyanı içdən parçalamaq üçün təhdidlər də alırlar. Çox böyük ehtimalla bu, baş tuta bilər. O zaman erməni subyektivliyi yalnız bölgədə deyil, Rusiyada da ləğv edilə bilər.

Rusiya imperiyasının gələcəyi Ermənistandan asılıdır və geniş erməni dairələrindən fərqli olaraq Rusiyada bunu başa düşməyə başlayıblar. Martın 5-də Putin-Ərdoğan görüşündən əvvəl məşhur rusiyalı ekspert Stanislav Tarasov Putinin Lenin, Ərdoğanın isə Atatürk olmadığını yazıb. Bəlkə o, Moskvanın 100 il əvvəl Ermənistanda olduğu kimi Suriyada da yeni bir razılaşmaya getməyəcəyini nəzərdə tutub. Bununla yanaşı, o qeyd edib ki, Türkiyə və Azərbaycan, Rusiyanın siyasi və digər məsələlərdə dəstəyinə baxmayaraq, Rusiyanı arxadan vurur. Tarasov onu da deyib ki, Rusiyanın Türkiyə və Azərbaycanla oyunda ciddi kozırları var və onları açmağın vaxtı çatıb.

Moskva və Qars müqavilələri əsas kozırdır və Rusiyanın parçalanmasının qarşısını almaq üçün Moskva hələ də keçmişin səhvlərini düzəldə bilər”.

Haşiyə: Bu sərsəm fikirlərə əlavə şərh yazmağın mənası yoxdur. Çünki biz nə yazsaq da, dəqiq tarixi faktlar gətirsək də onlar yenə də Azərbaycana və Türkiyəyə qarşı qara yaxmalarını davam etdirəcəklər. Onlara isə sarsıdıcı cavabımızın nə olduğunu hamı bilir…

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*