“Ermənilərin kimə lazım olduğunu bilən varsa, mənə bildirsin”backend

"Ermənilərin kimə lazım olduğunu bilən varsa, mənə bildirsin"

“Mən hələ də Lukaşenkonun sözlərində nə olduğunu başa düşə bilmirəm. Ermənilərin kimə lazım olduğunu bilən varsa, mənə bildirsin. Eynilə belaruslar da, amerikalılar da, ruslar da, ərəblər də heç kimə lazım deyil…”.

KONKRET.az xəbər verir ki, bu sözləri erməni politoloq Stepan Danielyan Lukaşenkonun Ermənistanla bağlı açıqlamalarına münasibət bildirərkən deyib.

“Bizi inandırmaq istəyirlər ki, amerikalıların bizə ehtiyacı var, bu, düşmənlərinə qarşı silah kimi başa düşülməməlidir. Dostlar və düşmənlər yoxdur, maraqlar var və müəyyən bir anda maraqlar üst-üstə düşməyə bilər.

Lukaşenkoya gəlincə, o, kolxozçu uşağı kimi öz fikrini deyir. Bizim kolxozçumuz da fikirləşir, dediyini də deyir”, – deyə o, fikrini yekunlaşdırıb.

Natiq Səlim,

KONKRET.az

  • ilqar
    Avqust 23, 2024 - 09:29

    Necə yəni kimə lazimdi? Biz türklərə lazımdır.Evinin yanında tülkü çaqqal yuvas olan kəs sərvaxt olar. Çəpərini möhkəm edər,qapisini açıq qoymaz , çomagini hazır saxlar.😊

  • Elxan
    Avqust 23, 2024 - 21:05

    Heç kimə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*