Ermənilərin 44 günlük Qarabağ müharibəsindən bəhs edən “1489” filmi “Oskar” mükafatı üçün vəsiqə qazana bilməyib.
KONKRET.az xəbər verir ki, erməni əsgərin həyatından bəhs edən filmin “Oskar”dan məhrum edilməsi erməniləri qəzəbləndirib. Bu məlumat bir çox sosial şəbəkə istifadəçiləri arasında kifayət qədər geniş rezonans və narazılıq yaradıb.
Qeyd edək ki, erməni rejissor Edqar Baqdasaryanın çəkdiyi “Yaşa və Leonid Brejnev” tammetrajlı bədii filmi isə 97-ci Oskar mərasimində təqdim olunmaq şansı qazanıb.