Ermənilərin qoyduğu başlığa baxın: “Nəhənglərin döyüşü: İrəvan regional plasdarm kimi” – Gülməli deyilmi?backend

Ermənilərin qoyduğu başlığa baxın: “Nəhənglərin döyüşü: İrəvan regional plasdarm kimi” – Gülməli deyilmi?

Bu gün ermənilərin tanınmış lragir.am saytında “Nəhənglərin döyüşü: İrəvan regional plasdarm kimi” başlığı ilə bir yazı paylaşılıb.

Oxucu ilk baxışdan elə anlayar ki, söhbət ya ABŞ, ya da ən azından Fransadan gedir. Əslinə qalanda isə söhbət zavallı və bütün regional istiqsadi layihələrdən kənardan qalan Ermənistan haqdadır.

Belə olan halda sual oluna bilər: Rəsmi İrəvan indi nə edib ki, nəhənglərin döyüş yerinə çevrilib, özünü də plasdarm kimi qələmə verib.

İndi isə gəlin yazıya baxaq və lazım olan yerlərə öz müdaxiləmizi edək. Ermənilər onsuz da müdaxiləsiz dinc dura bilmir. Necə ki, ölkədə azdan-çoxdan fəaliyyət göstərən müəssisələrin demək olar ki, hamısının səhmləri şimal qonşumuzda yaşayan iş adamlarının əlindədir. Necə ki, Ermənistan da Kremlin sol əlinin ovucunda oturub, başını qaldıranda sağ əllə kötək yeyir…

“ABŞ dövlət katibi Mayk Pompeo çinli həmkarı ilə müsahibəsində rəsmi Pekinə narazılığını bildirib. Çünki Çin Xarici İşlər Nazirliyinin rəsmisi deyib ki, koronavirusu Çinə ABŞ ordusu gətirib.

Çin artıq koronavinus epidemiyasını dəf etdiyini bildirib və maskanı çıxartdığını bəyan edib. ABŞ da öz növbəsində koronavirusa qarşı peyvəndi sınaqdan keçirməyə başlayıb, baxmayaraq ki, müvəffəq olsa da, yalnız bir ildən sonra tətbiq oluna biləcəyini qeyd edib.

Mümkündür ki, bu ifadələr informasiya müharibəsi elementlərini daşıyır və bir növ narahatlığı gizlətmək üçün edilir. Bu mənada aydındır ki, Pekinin Birləşmiş Ştatlarla bağlı şübhələri bu “müharibənin” yeni dalğasını yaratdı. Dünya titanları arasındakı bu cür atışmalar başqalarından da müəyyən gözləntiləri artırır.

Nəticə etibarilə ABŞ və Çin arasındakı nəhəng ərazidə əhəmiyyətli dəyişikliklərin olacağı ehtimalı yüksəkdir”.

Bu fikirlərin Ermənistana, onun zavallı xalqına heç bir aidiyyatı yoxdur. Görəsən Akob Badalyan adlı erməni yazısına niyə iki nəhəng ölkənin döyüşündən başlayıb.

Maraqlıdır, gəlin davamına baxaq…

“Dünya koronavirusdan əvvəl olduğu kimi olmayacaq. Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. Və əlavə edib ki, yeni reallıqlara hazır olmaq üçün vacib addımlar atılmalıdır”.

Nikolun bu standard açıqlamasının yazının əvvəli ilə heç bir əlaqəsi görünmür.

Davam edək:

“Titanların döyüşünün Ermənistanla nə əlaqəsi var? Yeri gəlmişkən, hər iki titan bir vaxtlar açacaqları böyük səfirliklərlə məhz Ermənistanı xəritədə qeyd etmişdilər. Ölçüsünə görə ABŞ-ın Ermənistandakı səfirliyi dünyada ikincidir. Çin isə İrəvanda Moskvadan sonra Avrasiya bölgəsində ikinci ən böyük bir səfirlik qurur.

Sözsüz ki, bu, ABŞ və Çinin monumental sevgisi deyil. Onlar Ermənistanın rolunu indidən görürlər və İrəvanı regional plasdarm kimi nəzərdən keçirirlər”.

Söhbətin haradan hara gəldiyini yəqin anladınız. Ermənilər iki ölkənin səfirlik binaları ilə özlərinin rolunu siyasi arenaya qaldırır və İrəvanı plasdarm kimi gözə soxur.

Onlara cavab isə sadədir. Heç bir maliyyə durumu olmayan, Azərbaycan tərəfindən bütün regional layihələrdən uzaqlaşdırılan Ermənistan nəinki Bakının, heç Tiflisin də kölgəsi ola bilməz.

Kölgələr günorta yox olur. Yəqin erməni bu yazını günorta yazıb…

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*