Ermənipərəst deputatların Azərbaycan əleyhinə qətnamə layihəsi rədd edildibackend

Ermənipərəst deputatların Azərbaycan əleyhinə qətnamə layihəsi rədd edildi

İsveçrə parlamentinin yuxarı palatası olan Kantonlar Şurasının Xarici Əlaqələr Komitəsi avqustun 11-də Cenevrə kantonunun parlamentinin bir sıra ermənipərəst üzvlərinin 2024-cü il noyabrın 5-də irəli sürdükləri “Dağlıq Qarabağın ilhaqı və Azərbaycanın siyasi məhbuslarının azadlığa buraxılması” adlı 24 321 saylı qətnamə layihəsini rədd edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Report”a Azərbaycanın İsveçrədəki səfirliyindən məlumat verilib.

Bildirilib ki, səfirliyin apardığı iş nəticəsində həmçinin komitənin vitse-prezidenti, Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən Karlo Sommaruganın irəli sürdüyü və yalnız “məhbuslara” və “erməni mədəni irsinin mühafizəsinə” istinad edən yeni qərar layihəsi də 5 əleyhinə, 4 lehinə, 3 bitərəf olmaqla gündəlikdən çıxarılıb.

Qeyd edək ki, İsveçrə parlamentinin Xarici Əlaqələr Komitəsinin yaydığı məlumatda Cenevrə kantonal parlamentinin məlum təxribat xarakterli təşəbbüsünün birtərəfli və yalnız Azərbaycan tərəfinə tələblər sürdüyü bildirilib və belə yanaşmaya etiraz ifadə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*