Ermənipərəst konqresmen yenə Azərbaycan və Türkiyəyə şər atdıbackend

Ermənipərəst konqresmen yenə Azərbaycan və Türkiyəyə şər atdı

Azərbaycan və Türkiyə xarici muzdlulardan işğal edilən Dağlıq Qarabağda ermənilərə qarşı müahribədə istifadə edirlər. Dövlət Departamenti onların hərəkətlərinə adekvat cavab verməlidir.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ konqresmeni Frank Pallone Twitter-dəki mikrobloqunda yazıb.

Konqresmenin sözlərinə görə, Dövlət Departamenti və ABŞ-ın tərəfdaşları bu beynəlxalq hüquqa zidd hərəkətləri qınamalı və qan tökülməsini dərhal dayandırmalıdır.

Haşiyə: Belə satqın koqresmenlərin fikirləri rusların dili ilə desək, bizim üçün “vozdux”dur. Qoy nə qədər çərənləyirlər, çərənləsinlər, çünki onlara pulu ermənilər boşboğazlıqlarına görə verirlər.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*