“Ermənistan Avropa İttifaqına üzv olmaq üçün müraciət edə bilər”.
KONKRET.az xəbər verir ki, bunu Aİ-nin xarici siyasət üzrə nümayəndəsi Peter Stano deyib.
“Ölkələrin öz xalqları üçün daha yaxşı gələcək üçün səy göstərmək hüququ var. Ermənistan hakimiyyəti də belə bir gələcəyi necə təmin edəcəyinə qərar verməkdə sərbəstdir. Aİ-yə üzvlüklə bağlı hər bir Avropa ölkəsinin qərarı vacibdir”.
Stano xatırladıb ki, bir ölkə Avropa Birliyinə üzv olmaq üçün ərizə təqdim edən kimi ona üzv dövlətlər tərəfindən baxılır və sonra AB müqavilələri və müəyyən edilmiş meyarlar əsasında müvafiq qərar qəbul edilir.
Natiq Səlim,
KONKRET.az