“Sülh sazişinin bağlanması dünyaya dörd siqnal göndərəcək”.
KONKRET.az xəbər verir ki, bu barədə Financial Times-ın şərhində deyilir.
Nəşr yazır ki, belə bir tənzimlənmə birincisi, keçmiş Sovet İttifaqında 1988-ci ildə başlayan uzunmüddətli ərazi münaqişəsinə son qoyacaq.
İkincisi, bu, Aİ, ABŞ, Rusiya, Türkiyə, İran və Çinin sərt mübarizə apardığı kövrək region olan Cənubi Qafqazda sabitliyə töhfə verəcək.
Üçüncüsü, razılaşma göstərəcək ki, Ukraynadakı müharibəyə və vasitəçilərin Cənubi Qafqazdakı diplomatik səylərinin tam şəkildə əlaqələndirilməməsinə baxmayaraq, Qərb və Rusiya münaqişənin həllini ümumi maraqlara uyğun olaraq həll edə bildi.
Dördüncü, bu siqnallar geosiyasətin sərt reallıqları baxımından daha açıq olardı. Nizamlamanın əlçatan olmasının səbəblərindən biri də Bakının İrəvanla hərbi hesablaşmada üstünlüyünün olmasıdır. Şübhəsiz ki, bu dərs ukraynalıların diqqətindən yayınmayacaq”, – Financial Times-ın redaktoru Toni Barber məqaləsində yazıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az