Avqustun 22-si saat 15:03 radələrində Ermənistanla Azərbaycan sərhədində 4 bal gücündə zəlzələ olub.
KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Zəlzələ Tavuş vilayətinin Noyemberyan, İcevan, Berd, Voskepar, Açacur, Koti şəhərlərində 3 bal gücündə, həmçinin Alaverdi, Stepanavan şəhərlərində, Lori rayonunun Dseq, Lorut, Tequt kəndlərində 2-3 bal gücündə hiss olunub.
Dağıntı və tələfatla bağlı məlumat qeydə alınmayıb.