Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan və ABŞ-nin İrəvandakı səfiri Kristina Kuin Cənubi Qafqazda kommunikasiyaların açılması perspektivlərini müzakirə ediblər.
KONKRET.az xəbər verir ki, bu barədə “Report” Ermənistan hökumətinin məlumatına istinadən xəbər verir.
“Görüş zamanı tərəflər Ermənistan və Azərbaycan arasında avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmaların, həmçinin ABŞ və Ermənistan arasında imzalanmış anlaşma memorandumlarının əhəmiyyətini vurğulayıblar. Bu kontekstdə Ermənistan-ABŞ münasibətlərinin inkişaf imkanları və regionda kommunikasiyaların açılması perspektivləri barədə fikir mübadiləsi aparılıb”, – məlumatda qeyd olunub.