Ermənistan birlik sazişlərindən çıxsa dövlətçiliyini itirəcək – Nikiforovbackend

Ermənistan birlik sazişlərindən çıxsa dövlətçiliyini itirəcək - Nikiforov

“Ermənistan MDB, yaxud KTMT–dən çıxsa fəlakət olacaq”.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının ekspert-analitiki, psixologiya elmləri namizədi Anatoli Nikiforov deyib. O deyib ki, ümumiyyətlə, hara müqavilə bağladığı, əməkdaşlıq etdiyi haradansa çıxsa, Ermənistan üçün fəlakətli olacaq.

“Mən başa düşürəm ki, onlar KTMT-dən inciyiblər. Amma Qarabağ Ermənistan deyil, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. KTMT-nin müdaxiləsi üçün heç bir səbəb yox idi”, – deyə ekspert bildirib.

Nikiforov daha sonra Ermənistanın xüsusi çəkisi olan müstəqil bir ölkə ola bilməyəcəyini deyib.

“Tutaq ki, İrəvan MDB daxil olmaqla, birlik sazişlərindən çıxır. Bundan sonra Ermənistanı nə gözləyir? Düşünmürəm ki, kollektiv müqavilələr olmadan Ermənistan beynəlxalq birliyin hörmətli üzvünə, istənilən çəkisi olan ölkəyə çevrilə bilər. İrəvanın başqa hansı perspektivi var? Bu, onların dövlətçiliyini itirməsidir. Amma Ermənistanda indi təcrübə toplayan və ona görə də az-çox razılaşan Nikol Paşinyan var. Baxmayaraq ki, təbii ki, o da çətin vəziyyətdədir”, – deyə analitik vurğulayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*