Ermənistan son 3 ildə ixracda şəffaf davranmayıb və reeksport faktını etiraf etməlidir.
KONKRET.az xəbər verir ki, bu fikirləri erməni elm adamıTatul Manaseryan deyib.
O, qeyd edib ki, Ermənistan ixrac məsələsində həm dostlar, həm də düşmənlər qarşısında gülünc vəziyyətə düşüb:
“Səriştəli ünsiyyət bütün sahələrdə mədəniyyətə çevrilməlidir, lakin hakimiyyət bu sahədə ciddi problemlər yaşayır”.
O, əlavə edib ki, Ermənistan hər il ixracla bağlı eyni problemlərlə qarşılaşır. Halbuki bu məsələləri əvvəlcədən öyrənmək, lazımi addımlar atmaq, razılaşmalar əldə etmək və “dost Gürcüstanla düşmənçilik etməmək” mümkün idi.
Aynurə İsmayıl
KONKRET.az