Ermənistan builki KTMT təlimlərində iştirak edəcəkmi? – AÇIQLAMAbackend

Ermənistan builki KTMT təlimlərində iştirak edəcəkmi? - AÇIQLAMA

Ermənistan Müdafiə Nazirliyi ölkənin bu il keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) təlimlərində iştirakı məsələsinə münasibət bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” yazıb.

 

Qeyd olunub ki, KTMT-nin Qırğızıstandakı Kollektiv Çevik Reaksiya Qüvvələri və KTMT-nin Qazaxıstandakı kollektiv sülhməramlı qüvvələrinin iştirakı ilə təlimlərin keçirilməsi planlaşdırılır.

Nazirlik bildirib ki, KTMT-nin təlimlərində iştirak məsələsi Təşkilatın hər bir üzvü tərəfindən təlimlərin elan edilməsi mərhələsində həll olunur.

Xatırladaq ki, ötən ilin noyabrında Təşkilatın o zamankı Birləşmiş Qərargah rəisi, general-polkovnik Anatoli Sidorov bu il təlimlərin Qazaxıstan və Qırğızıstanda keçiriləcəyini açıqlamışdı.

Ermənistan ötən ilin 9-13 oktyabrında Qırğızıstanda keçirilən KTMT-nin “Sarsılmaz qardaşlıq” hərbi təlimlərində iştirakdan imtina edib. Ölkə rəhbərliyi də Təşkilatın iclaslarında iştirak etməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*