“Ermənistan ciddi təlatümlərə hazırlaşmalıdır”.
KONKRET.az xəbər verir ki, bunu Nyu-York Universitetinin Abu Dabidəki professoru Georgi Derluqyan bildirib. Onun sözlərinə görə, Qarabağ ətrafında dünya miqyasında çox ciddi hadisələr baş verir.
“İndi dünyada əsas sözü siyasət demir. Silah və pul münqaişələri həll edir. Bu mənada Azərbaycan daha güclüdür. Silahı da var, pulu da. Bakı bu silahları Türkiyədən, İsraildən və hardan istəsə, ala bilir”, – deyə erməni prefossor vurğulayıb.
O qeyd edib ki, “Biz 44 günlük müharibədə baş verən dramın mahiyyətini hələ də bilmirik. Təsəvvür edin ki, bu, anomaliyadır, qəribə, müəmmalı vəziyyətdir. Rusiya hazırda regiondan demək olar ki, tam izolyasiya olub. Bu isə Azərbaycanın xeyrinədir. Ermənistan isə çətin vəziyyətə düşüb. Çünki bizim ənənəvi müttəfiqimiz Rusiya olub. İndi Qarabağ ətrafında dünya müharibəsi gedir və Ermənistan bu müharibədə gücsüzdür”.
Rəsmiyyə Şərifova,
KONKRET.az