Ermənistan da sıfırdan silah yığır? – Paşinyan sevinə-sevinə dedibackend

Ermənistan da sıfırdan silah yığır? – Paşinyan sevinə-sevinə dedi

Baş nazir Nikol Paşinyan Ermənistanda yığılan silahlardan sevinə-sevinə danışıb.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, Facebook-da canlı yayım zamanı bildirib.

“Bu günlərdə mənə göstərilən bir silah haqda danışmaq istəyirəm. Əlbəttə ki, hərbi sirrlərə görə mən ətraflı məlumat verməyəcəyəm, ancaq bu modelin mövcudluğunun Ermənistan hərbi-sənaye kompleksinin yüksək səviyyədə inkişaf etdiyini göstərir” deyib.

Paşinyanın sözlərinə görə, bu nümunənin əhəmiyyətli bir xüsusiyyəti yalnız super müasir olması deyil, həm də tamamilə Ermənistanda, necə deyərlər, sıfırdan istehsal edilməsidir.

“Ermənistanda hərbi-sənaye kompleksində sıfırdan hərbi məhsul istehsal edə biləcək yüksək ixtisaslı mütəxəssislər var. Bu silahın istehsalını və sonradan beynəlxalq bazara çıxışını təmin etmək üçün dövlət artıq öz sifarişini verib”.  Paşinyan belə deyib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*