“Ermənistan dəlilər evidir” – analitik.am saytının direktoru Ani Ovannisyanbackend

"Ermənistan dəlilər evidir" - analitik.am saytının direktoru Ani Ovannisyan

Ermənilərin konstitusiya quruluşuna riayət etməyə çağıran və özü elə bu qaydanı pozan Paşinyan hökuməti ilə mübarizə aparması absurd deyilmi? Ermənistanda de-fakto olmayan bir prezidentin de-yure olması absurddur və biz bu prezidenti prezident olduğunu yada salmağa çağırırıq.

KONKRET.az xəbər verir ki, bu barədə öz analitik.am saytının direktoru Ani Ovannisyan öz Facebook səhifəsində yazıb.

“Hər kəsin təhlükəsizliyini təmin etmək məcburiyyətində qalan ölkənin baş nazirinin cəmiyyəti bir-biri ilə toqquşmağa çalışdığı, qruplara ayırmaqla vətəndaş müharibəsinə təhrik etdiyi absurd deyilmi?

Elə bu Baş nazir Parlament kürsüsündən kimin parlamentdə olması və ya olmaması, kimin hakimiyyətdə, ya da müxalifətdə olması haqda verdiyi açıqlama absurd deyilmi? ..

Mən yenə də davam edə bilərəm. Fakt budur ki, hər gün əsəbilik görürük, dəlixanada yaşadığımız təəssüratını verən fəryadlar eşidirik, çünki dövlət başçısı balanslı lider kimi davranmır, amma ən yaxşı halda özünü patrona çevrilən dəli kimi aparır… Təəssüf ki, bu, bir reallıqdır və indiyə qədər bu yanaşmalar qorunur. Heç kim, hətta konstruktiv düşünə bilməz, çünki dövlət səviyyəsindəki isterika və fəryad hər sağlam düşüncəni susduracaq … ”, – deyə Ovannisyan yazıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*