Ermənistan əhalisinin sayı azalıb – STATİSTİKAbackend

Ermənistan əhalisinin sayı azalıb - STATİSTİKA

2022-ci il siyahıyaalınmasına əsasən, Ermənistanın daimi əhalisi 2 milyon 932 min 731 nəfərdir. Bunlardan 1 milyon 548 min 250-si qadın, 1 milyon 384 min 481-i kişidir.

 

KONKRET.az xəbər verir ki, hazırda faktiki əhalinin sayı 2 milyon 869 min 438 nəfər təşkil edib.

Əhalinin siyahıyaalınmasına əsasən, əvvəlki siyahıyaalmaya (2011) nisbətən həm faktiki, həm də daimi əhalinin sayı azalmışdır. Xüsusilə, 2011-ci ilin siyahıyaalınması ilə müqayisədə Ermənistan Respublikasında daimi əhalinin sayı təxminən 86 min 123 nəfər azalıb. 2011-ci ildə Ermənistanın daimi əhalisi 3 018 854 nəfər, 2001-ci ildə 3 213 011 nəfər olub.

Şəhər məntəqələrində daimi əhalinin sayı 1 milyon 871 min 913, kəndlərdə isə 1 milyon 60,818 min nəfər olmuşdur. 2022-ci ildə İrəvanın əhalisi 1 milyon 86,7 min nəfər olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*