“Ermənistan ən çox Oxçuçayı çirkləndirib” – ETSNbackend

"Ermənistan ən çox Oxçuçayı çirkləndirib" - ETSN

“Ermənistan ərazisindən keçən 4 transərhəd çayımızda müharibədən sonra aparılan monitorinq işləri və götürülən su nümunələrinin nəticələri göstərir ki, çirklənmə normadan çox yüksəkdir”.

KONKRET.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

V.Kərimov qeyd edib ki, Oxçuçay daha çox çirklənməyə məruz qalıb:

“Ermənistan tərəfdə bu çayın yatağında yerləşən iki mədənin çirkab suları bu çaya axıdılır. Həmin çayın biomüxtəlifliyin tam məhv olma ərəfəsindədir. İşğal nəticəsində ətraf mühitə, təbii ehtiyatlara deyil, su ehtiyatlara ziyanlar dəyib və bu ziyanlar davam edir.

Torpaqlarımızın azad olunması həmin ərazilərin monitorinqinə şərait yaradıb ki, nəticədə yerli və xarici mütəxəssislər monitorinqlərə başlayıb. Həmin ərazilərdə qiymətləndirmələr aparılır. Ərazidə fauna və floraya dəymiş ziyanlar müəyyən edilir, məhv edilən yaşıllıqların ərazisi dəqiqləşdirilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*