Ermənistan Ərdoğanın sözlərini təsdiqlədibackend

Ermənistan Ərdoğanın sözlərini təsdiqlədi

“Ermənistanla Türkiyə arasında siyasi dialoq yüksək səviyyədədir”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan “Armenpress”ə müsahibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İrəvanla Ankara arasında münasibətlərin normallaşması ilə bağlı danışıqların uğurla davam etməsi barədə açıqlamasını şərh edərkən deyib.

“Layihələr həyata keçiririk, məsələn, sərhəddəki körpünün təmiri. Ünsiyyətdən və münasibətlərin normallaşmasından, regionda sabitlikdən, sülhdən danışanda daha geniş mənzərə yaranır. Əlbəttə, bütün bunlar iki ölkə arasında münasibətlərin tam normallaşmasına yönəlib. Bizim gözləntimiz ondan ibarətdir ki, Ermənistan-Azərbaycan sülh müqaviləsinin paraflanması Türkiyə ilə münasibətlərin normallaşmasına töhfə verəcək, bu isə sərhədlərin açılması deməkdir, çünki bu, çox vacibdir”, – Ani Badalyan vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*