“Ermənistan güc mərkəzlərinin təsir zonasına çevrilib” – İşxan Saqatelyanbackend

“Ermənistan güc mərkəzlərinin təsir zonasına çevrilib" - İşxan Saqatelyan

“Ermənistan” fraksiyasının deputatları Azərbaycanla müzakirə olunan sənədlə tanış olub və bunun kapitulyasiyaya səbəb olduğunu müəyyən ediblər”.

KONKRET.az xəbər verir ki, bu sözləri fraksiyanın deputatı İşxan Saqatelyan deyib.

O bildirib ki, Ermənistan güc mərkəzlərinin təsir zonasına çevrilib.

“Qərb Ermənistanın hesabına yeni anti-Rusiya cəbhəsi açmağa çalışır. Bu çağırışlar qarşısında həm daxili, həm də xarici düşmənlərlə mübarizə aparmalıyıq. Türkiyə və Azərbaycanın birbaşa tələbi ilə bunlar ölkənin Konstitusiyasını dəyişdirmək niyyətindədirlər. Bu isə respublikanı dəfn etmək, Artsaxdan imtina etmək və əvəzində heç nə almamaq deməkdir”, – deyə “Ermənistan” fraksiyasının üzvü İşxan Saqatelyan bildirib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*