Ermənistan hakimiyyəti Qarabağın başına nə gələcəyini bilirdi – Erməni deputatbackend

Ermənistan hakimiyyəti Qarabağın başına nə gələcəyini bilirdi - Erməni deputat

“Ermənistan hakimiyyəti Qarabağın başına nə gələcəyini bilirdi. Onlar nəinki yerlərindən tərpənmədilər, əksinə, Azərbaycana siqnallar verdilər”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Ermənistan parlamentinin deputatı Tiqran Abramyan səsləndirib.

“Düz bir il əvvəl Qarabağda humanitar böhran (?) daha da genişləndi. O zaman çətin vəziyyət təkcə insanların gündəlik həyatında deyil, həm də Müdafiə Ordusunda da (qondarma rejimin terrorçu dəstələri – red.) mövcud idi. Təchizat ciddi şəkildə pozulurdu və ayrı-ayrı komandirlər yaxınlıqdakı kəndlərdə mövqelərdə olan hərbi qulluqçular üçün yemək alırdılar”, deyə o, qeyd edib.

Deputatın sözlərinə görə, orduda döyüş hazırlığından tutmuş məişət həyatının təmin olunmasına qədər nəzərdə tutulan planlar 5-10 faiz yerinə yetirilib:

“Bütün bunlardan düz bir ay sonra, bütün Qarabağ, xüsusən də müdafiəyə cavabdeh olan strukturlar və bölmələr tamamilə tükəndilər və Azərbaycan hərbi əməliyyatlara başladı (2023-cü il sentyabrın 19-20-də həyata keçirilən antiterror tədbirləri nəzərdə tutulur – red.).

Baxmayaraq ki, o vaxtlar ölkə başçısı velosiped idmanı ilə məşğul olmasa da, dövlətin baş verənlərə reaksiyası bu gün nümayiş etdirilən davranışdan ciddi şəkildə fərqlənmirdi”.

Rəsmiyyə Şərifova

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*