Vaan Kerobyan: “Azərbaycan bizim ən yaxın ixrac bazarımız olacaq”backend

Vaan Kerobyan: "Azərbaycan bizim ən yaxın bazarımız olacaq""

Ermənistanın yeni təyin olunmuş İqtisadiyyat naziri, “Menu Group” qida çatdırılması xidmətinin qurucusu Vaan Kerobyan bildirib ki, 10 noyabr anlaşması yerli iqtisadiyyatın blokadadan çıxarılmasıyla nəticələnəcək.

KONKRET.az xəbər verir ki, Ermənistanın İctimai Televiziyasına verdiyi müsahibədə Kerobyan deyib ki, “Perspektivdə Türkiyə limanlarından və ehtimal ki, Azərbaycan bazarından istifadə etmək imkanları qazanacağıq. Əlbəttə ki, açıq sərhədlər iqtisadiyyat üçün çox faydalıdır. Çünki rəqabət nəticəsində daha yaxşı məhsullar istehsal olunur və nəticədə iqtisadiyyatımız dünya bazarına keyfiyyətli məhsullar çıxarmaq imkanı qazanır. Üstəlik, ölkəyə ucuz və keyfiyyətli məhsullar gətirilsə, o zaman yerli istehsalımız daha da yaxşılaşacaq”.

Nazir daha sonra deyib ki, erməni ixracatçıları məhsullarını Rusiyaya və digər ölkələrə indikindən daha əlverişli yollarla çatdıra biləcəklər. Türk limanları açılacaq, daha çox imkanlar ortaya çıxacaq: “Türkiyə ilə sərhədlər bağlıdır, Rusiya bazarlarına da çıxışımız yoxdur. Ağır günlərdən keçirik. İmzalanan bəyanat bizim üçün fürsətdir. Bəlkə də Türkiyə dəniz limanlarını, Azərbaycan isə öz bazarlarını bizə açar. Əgər bu baş verərsə, bizim üçün əla fürsət olar”.

Kerobyan “Bölgədəki kommunikasiyaların blokadadan çıxarılması ilə bütün imkanlardan istifadə etməyimiz üçün yeni bir proqram hazırlayacağıq”, – deyib.

Surxay Atakişiyev,

KONKRET.az.   

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*