Ermənistan iqtisadiyyatının beli qırıldı, bu, yalnız başlanğıcdır… – Akop Koçaryanbackend

Ermənistan iqtisadiyyatının beli qırıldı, bu, yalnız başlanğıcdır... - Akop Koçaryan

Ermənistan hakimiyyətinin epidemiya ilə cılız mübarizəsinin iqtisadi nəticələri daha da nəzərə çarpır. Statistika Komitəsinin açıqladığı operativ məlumatlarına görə, aprel ayında iqtisadiyyat sadəcə çöküb.

KONKRET.az xəbər verir ki, bu barədə erməni siyasi icmalçı Akop Koçaryan yazır.

Erməni ekspertin fikrincə, ilin ilk 4 ayında iqtisadi fəallıq da azalıb.

“Ermənistan iqtisadiyyatının epidemiyaya ilk reaksiyası mart ayında müşahidə edildi. İqtisadi aktivlik 4,9% azalıb. Sənaye artımı dayandı. İnşaat sektoru çökdü. Ticarət və xidmət dövriyyəsi belə azaldı. Xarici ticarət də kənarda qalmadı. Həm ixrac, həm də idxal düşdü. Bu vəziyyət nə qədər uzun sürsə, itkilər də o qədər çox olacaq” deyə Koçaryan qeyd edir.

O, epidemiyanın Ermənistan iqtisadiyyatının kürəyini qırdığına əmin olduğunu bildirir: “Ancaq bu, yalnız başlanğıcdır…”.

“Ermənistanda sonuncu dəfə belə vəziyyətin nə vaxt baş verdiyini xatırlamaq çətindir” deyə o vurğulayıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*