“Ermənistan İrana Rusiyanı silahla təmin etməkdə necə kömək edir?” – Polşa nəşrindən ŞƏRHbackend

"Ermənistan İrana Rusiyanı silahla təmin etməkdə necə kömək edir?" - Polşa nəşrindən ŞƏRH

Ermənistan İrana Rusiyanı silahla təmin etməkdə necə kömək edir?

KONKRET.az xəbər verir ki, bu barədə Polşanın “New Eastern Europe” jurnalı yazıb. Nəşr yazır ki, Moskva və Tehranla müttəfiqlik münasibətlərini saxlayan Ermənistan İran silahlarının Rusiyaya tədarükündə mühüm rol oynayır və bu silahlar sonradan Ukraynada hərbi əməliyyatlarda istifadə olunur.

Son aylarda İranın bir neçə yük təyyarəsi İrəvan üzərindən Rusiyaya uçub və ehtimala görə hazırda Ukrayna şəhərlərini atəşə tutmaqda geniş istifadə olunan “Şahed” pilotsuz təyyarələrini çatdırıb.

ABŞ əvvəllər Ermənistana Rusiya və İran rejimləri ilə əməkdaşlığın təhlükələri barədə xəbərdarlıq edib. ABŞ-ın MKİ direktorunun payızda Ermənistana səfəri zamanı təkrar xəbərdarlıq olunsa da, hazırda bu əlaqələrin dayandırılması barədə məlumat yoxdur.

Eyni zamanda, İrəvan, Belarusdan fərqli olaraq, Rusiya və İrana yardım göstərdiyinə görə hələ də Qərbin sanksiyaları təhlükəsi ilə üzləşməyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*