Ermənistan prezidenti İsrailə yeni səfir təyin edib.
KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, əvvəllər Braziliya, Kolumbiya və Boliviyada erməni diplomatiyasına rəhbərlik edən Arman Akopyan səfir təyin olunub.
Bundan əvvəl erməni diplomat Armen Smbatyan prezident fərmanı ilə Təl-Əvivvdən geri çağrılmışdı. Hətta aprel ayında ona ittiham irəli sürülüb və cinayət işi açılıb. Smbatyan keçmiş mədəniyyət naziri ilə birləşərək, vəzifəsindən sui-istifadə və çirkli pulların yuyulmasında təqsirləndirilir.
Xuraman Etibarlı,
KONKRET.az