Ermənistan keçmiş separatçı təhlükəsizlik qüvvələrini işə götürürbackend

Ermənistan keçmiş separatçı təhlükəsizlik qüvvələrini işə götürür

Dağılmış qondarma Qarabağ rejiminin “Milli Təhlükəsizlik Xidməti”nin keçmiş əməkdaşları Ermənistanda eyni idarədə xidmətini davam etdirmək imkanı əldə edəcəklər. Hökumətin iclasında “Milli təhlükəsizlik orqanlarında xidmət haqqında” qanuna müvafiq dəyişiklik layihəsi təsdiq edilib.

KONKRET.az xəbər verir ki, indi MTN orqanlarında yalnız Ermənistan vətəndaşları xidmət edə bilər. Yeni qanuna görə, separatçılar Ermənistan vətəndaşlığını qəbul etdikdən sonra yalnız kiçik və orta rəis vəzifələrində xidmətə keçməyəcək, eləcə də aldığı rütbələr və xidmət stajı Milli Təhlükəsizlik orqanlarında qəbul olunanlarla eyni əsaslarla xidmətə qəbul zamanı nəzərə alınacaq.

Bundan əlavə, qanun layihəsində təklif edilir ki, vakant vəzifələr varsa, keçmiş separatçı rejimin digər “təhlükəsizlik idarələrinin” əməkdaşları da Ermənistanın işçiləri ilə eyni əsaslarla xidmətə daxil ola bilərlər.

Natiq Səlim,

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*