KİV: “Yolda quraşdırılan kameralar vasitəsilə qeydə alınan cərimələr xalqı qarət edir”backend

KİV: “Yolda quraşdırılan kameralar vasitəsilə qeydə alınan cərimələr xalqı qarət edir”

Paşinyan isə vədinə əməl etmir və bütün bunlara göz yumur

 

Paşinyan siyasi ambisiyalarını reallaşdırmaq üçün əsas vasitə kimi ona hələ də inanan kütlədən istifadə edir. Bu fikirlər Ermənistan KİV-ində dərc edilən məqalədə vurğulanır. Konkret.az məqaləyə istinadla xəbər verir ki, Paşinyanın siyasi tərcümeyi halına nəzər salan siyasi ekspertlər artıq iki Paşinyanın olduğunu vurğulayır. Müxalifətdə olan Paşinyan və Baş Nazir Paşinyan.

“Tarix hər bir siyasətçiyə mövqeyində nə qədər prinsipial olub-olmadığına və məqsədlərini nə dərəcədə reallaşdıra bilib-bilmədiyinə görə qiymətini verir”, – deyə qəzet yazır.

Məqalədə bildirilir ki, müxalifətçi Paşinyan keçmiş hakimiyyəti həddən artıq ruspərəst olmağına görə tənqid edirdi. O, Rusiyanı Dördgünlük Aprel Döyüşlərinə görə günahlandırırdı.

Baş nazir kimi Paşinyan artıq əvvəllər verdiyi açıqlamaları tamamilə unudub, Ermənistan-Rusiya dostluğu haqqında həvəslə danışır. O, hər dəfə Avrasiya İqtisadi Birliyinin ölkə üçün əhəmiyyətini vurğulayır.

Paşinyan mitinqlərdə odlu-alovlu çıxışlar edərək hakimiyyətin korrupsiya sisteminə qarşı idi, amma Baş nazir olanda, artıq bu məsələlərə münasibətini dəyişdi. Yolda kameraların quraşdırılması məsələsi də Paşinyanın ən çox sevdiyi mövzu idi.

Amma bu gün həmin kameraların qeydə aldığı cərimələrin xalqı necə qarət etdiyinə bu gün göz yumur.

Ötən ilin aprelində o və tərəfdarları sürət ölçən kameralara qarşı kəskin çıxışları ilə yadda qalmışdı. Buna şeirlər də həsr edilmişdi, amma baş nazir olanda onun fikri dəyişildi.

Yol qəzalarının qarşısını almaq üçün kameraların əhəmiyyətini əsaslandırmağa başladı.

“Müxalifət Paşinyan və Baş nazir Paşinyanın diametrik ziddiyyətli mövqeləri uzun müddət davam edə bilər”,- deyə məqalədə vurğulanır. Bildirilir ki, bu günki baş nazir Paşinyanla sabahkı Paşinyan arasında da ziddiyyətlər orta çıxacaq. Qəzet yazır ki, hazırda Paşinyan Amulsar mədəninin inkişafının vacibliyini və faydalarını əsaslandırır, amma sabahkı Paşinyan buna qarşı etiraz dalğasını görərək, mədənlərin işlədilməsinin yolverilməzliyini və ətraf mühitə vurduğu ziyanı barədə bol-bol danışacaq.

Paşinyanın bütün siyasi trayektoriyasına nəzər salsaq görərik ki, ikincinin qeyri-prinsipə aid yalnız bir prinsipi var. Və Paşinyan siyasi ambisiyalarını həyata keçirmək üçün əsas vasitəsindən – kütlədən və hərəkətliliyindən istifadə edir.

“Konkret” Beynəlxalq Araşdırmalar Qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*